Pakistan Azərbaycan ərazisi ilə Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir - ednews.net

3 Dekabr, Cümə

Pakistan Azərbaycan ərazisi ilə Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir

Siyasət A- A A+

Pakistan Azərbaycan ərazisindən istifadə edərək Avropaya yükdaşımalar həyata keçirmək niyyətindədir.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) EDNews.net-ə verilən məlumata görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ABADA-da keçirilən görüşdə deyib.

O, Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib. Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var.

B. Hayee eyni zamanda Azərbaycan ərazisindən keçərək bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. O, ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...