Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” təliminin növbəti məşqləri keçirilib.
EDNews.net-in xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında bildirilib.
“Türkiyə 3-cü Ordu Komandanlığı və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, - qeyd olunub.
Qeyd edək ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi oktyabrın 8-nə qədər davam edəcək.