Artsrun Hovhannisyana noyabrın 9-da Şuşaya getmək təklif olundu - ednews.net

5 Dekabr,

Artsrun Hovhannisyana noyabrın 9-da Şuşaya getmək təklif olundu

Siyasət A- A A+

44 günlük Vətən Müharibəsi zamanı Ermənistan ordusunun cəbhədə uğurlu əməliyyatları haqqında danışan və bununla erməni ictimaiyyətini aldadan ölkə Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovhannisyan, Şuşa şəhərinin Azərbaycan tərəfindən azad edilməsi ətrafında baş verən hadisələrin təfərrüatlarını açıqlayıb.

EDNews.net xəbər verir ki, Erməni KİV-lərinin yazdığına görə, noyabrın 8-də qondarma rejiminin Müdafiə Ordusunun komandanı Mikael Arzumanyan, Ermənistanın o zamankı müdafiə naziri David Tonoyana Şuşanın və onun ətraflarının Azərbaycan bölmələrindən uğurla təmizləndiyini bildirib.

"Onun sevinc dolu səsini hələ də xatırlayıram", - "Fakt" qəzeti Hovhannisyanın sözlərindən sitat gətirir.

Hovhannisyanın sözlərinə görə, noyabrın 9 -da səhər saatlarında jurnalistlər ona zəng edərək reportaj çəkmək və "Ermənistan ordusunun sücaətindən" bəhs etmək üçün Şuşaya getməyi təklif edib. Lakin nazirliyə dərhal məlumat daxil olub ki, erməni qüvvələri şəhərə şəhərə yaxınlaşa da bilmir. "Mən şoka düşdüm", - Hovhannisyanın etiraf edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...