“Biz Ağdağ yüksəkliyinin bu hissəsinin vacib sektor kimi əhəmiyyətini çox yaxşı dərk edirdik və təsəvvür edirdik”.
EDNews.net xəbər verir ki, bunu Qafan şəhərinin başçısı Gevorq Parsyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu ötən il dekabrın 18-dən etibarən Ağdağ yüksəkliyinin bu hissəsində yerləşməyə çalışıb.
“Bir neçə dəfə cəhdlər etdikdən sonra biz onları geri qaytara bildik, lakin mənə təəccüblüdür ki, onlar 4-cü və ya 5-ci dəfə ciddi qoşunla gəldilər, təhdid etdilər ki, biz bu hissəni onlara güzəştə getməsək, zor gücü ilə də orada yerləşəcəklər. Bundan sonra üçtərəfli danışıqlar başladı, qərar verildi ki, ora qoşun yerləşdirilmir, erməni və azərbaycanlı sərhədçilər yerləşdirilir, eləcə də rus sərhədçilər yerləşdirilməli idilər. Belə də oldu. Bir neçə kəndə aparan keçmiş yol indi Azərbaycan qüvvələrinin nəzarəti altındadır, indi Vardavankdan keçən alternativ yoldan istifadə edirlər. Strateji əhəmiyyət kəsb edən bölgədə əvvəllər rus sülhməramlıların varlığı var idisə, hazırda bu varlıq yoxdur”, - deyə Parsyan qeyd edib.