“Demrakasiya və delimitasiya Baş Qərargahın arxivlərində saxlanılan SSRİ xəritələri əsasında olmalıdır, Rusiya hansı xəritələri verəcəyinə, hansıları verməyəcəyinə qərar verəcək, 2 tərəfin öz xəritələrini necə çəkəcəyi və demarkasiya fəaliyyətini necə həyata keçirəcəyi bundan asılı olacaq”.
EDNews.net xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan sərhəd çəkilməsini ikitərəfli qaydada deyil, Rusiyanın xəritələri və iştirakı ilə həyata keçirəcək.
“Heç də az əhəmiyyət kəsb etməyən bir hal var. 70 il mövcud olmuş Sovet İttifaqında çoxlu sayda xəritələr olub, bu xəritələrdə sərhəd xətləri müxtəlif yerlərdən keçib”, - deyə Badalyan qeyd edib.