Tehran-Bakı münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edir - İran XİN - ednews.net

3 Dekabr, Cümə

Tehran-Bakı münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edir - İran XİN

Siyasət A- A A+

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışığından sonra deyib ki, Tehran və Bakı arasında münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edir.

EDNews.net bildirir ki, nazir bunu “Twitter” səhifəsində yazıb:

“İran İslam Respublikası və Azərbaycan Respublikası bir çox ortaq cəhətləri olan iki müsəlman qonşudur”.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dünənki telefon danışığına toxunaraq, onunla səmimi və konstruktiv söhbət etdiyini vurğulayıb.

Qeyd edək ki, şənbə günü Əmir-Abdullahian və Bayramov telefon danışığında ikitərəfli münasibətləri müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...