“Fövqəldövlətlər öz maraqlarını bizim milli-dövlət maraqlarımız hesabına təsbit edirlər, Ermənistanı kənarda qoyurlar. Niyə?”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan yazıb.
Onun sözlərinə görə, səbəb budur ki, Ermənistan hakimiyyəti milli marağı qoruyan dövlət siyasəti və strategiyası qəbul etməyib, bununla da özünü sabit tərəfdaş statusundan çıxarıb və Türkiyə-Azərbaycan maraqları dairəsinə qoyub.
“Ermənistan hakimiyyəti bu səriştəsizlərin əlində qalmağa davam edərsə, biz dövlətçiliyimizi itirəcəyik, məhv olacağıq”, - deyə Gevorqyan qeyd eidb.