Ermənistanın mövcudluğunun mənası qalmayıb Rusiyalı ekspert

Siyasət 18:39 26.10.2021

Ermənistanın mövcudluğunun mənası qalmayıb.

Rusiyalı hərbi eksperti Yevgeni Krutikovun məqaləsi “VZQLYAD.RU” informasiya-analitik nəşrində bu başlıq altında dərc edilib.

Müəllif xatırladır ki, son bir ayda Ermənistanda bir neçə yubiley, o cümlədən seçicilərin müstəqilliyə səs verdiyi referendumun yubileyi və Ermənistanın birinci prezidentinin seçilməsinin yubileyi qeyd edilib. Y.Krutikov yazır: “Başqa yubileylər də olacaq, amma bu yubileylər heç də sevindirici deyil və dünən bunu ermənilərə bir daha xatırlatdılar. Üç ölkənin – Ermənistan, Azərbaycan və Rusiyanın – baş nazirlərinin müavinləri Qarabağda vəziyyətin nizamlanması üzrə işçi qrupunun növbəti iclasını keçirdilər. Söhbət son otuz ili Ermənistan üçün qiymətdən salan nizamlamadan gedir”.

Məqalədə qeyd edilir ki, 1990-cı ilin avqustunda Ermənistan SSRİ-də birinci olaraq müstəqillik haqqında bəyannamə qəbul etdi. Ekspert göstərir: “Bütün olub-keçənlər üçün əsas stimul Qarabağ idi. O vaxt erməniləri Qarabağdan başqa heç nə maraqlandırmırdı. İttifaq rəhbərliyi bu münaqişədə birmənalı şəkildə Yerevanın tərəfini saxlaya bilmirdi və Yerevan SSRİ-nin tərkibindən çıxmağa can atırdı. Sonradan təəccüblü hərbi qələbə tələsik əldə edilmiş müstəqilliyin bütün birbaşa nəticələrini - sosial fəlakətdən kütləvi emiqrasiyaya qədər hər şeyi - köhnə tarixlə legitimləşdirdi”.

Hələ sovet dövründə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan dissidentlər Qarabağ məsələsi ucbatından unuduldular. Müəllif yazır: “Yaxşı ki, unuduldular, çünki onların çoxu açıq–aydın anlaqsız adamlar idi, bəziləri isə hətta Moskva metrosunda bomba partladırdılar. Onların əvəzinə qarabağlılar qəhrəman oldu, üstəlik sonrakı dövrdə ölkəyə məhz qarabağlılar başçılıq etdilər, amma onlar öz aralarında da savaşdılar. 1990-cı illərdən Paşinyana qədər Ermənistana Qarabağ veteranları rəhbərlik edirdi. Münaqişənin nizamlanması məsələsinə onların münasibətinin təfsilatı fərqli ola bilərdi, lakin bütün hallarda bu münasibət barışmaz xarakter daşıyırdı. Birinci prezident Levon Ter-Petrosyan Azərbaycana güzəştə getməyi və bəzi ərazilərin mübadilə olunmasını təklif edirdi. Məhz bu təklifə görə Qarabağ veteranları onu devirdilər və ikinci müddətin yarısına qədər də olsa vəzifədə qalmasına imkan vermədilər”.

Ekspert qeyd edir ki, 1991-ci ildə əhalisinin sayı 3,5 milyon olan Ermənistanı o vaxtdan bəri təqribən 1 milyon nəfər tərk edib.

Ekspert yazır: “Köçüb gedənləri başa düşmək olar. Kim o günləri xatırlasa titrəyir: Yerevanda hər bir evin pəncərəsindən soba tüstüsü çıxır, yanacaqdoldurma məntəqələrində isə növbəyə düzülmüş adamlar klassik sual verirlər: “Benzin çka? (“Benzin yoxdur?”)”. “Çka” cavabı onları qane etmirdi. Bunun ardınca ikinci klassik sual səslənirdi: “Vaapşe çka?”. Bəli, yoxdur. Bütün benzin Qarabağa tanklar üçün göndərilib.

Ermənistan müstəqilliyə hamıdan çox can atırdı, lakin bu müstəqilliyə çoxlarından zəif hazırlaşmışdı. O, Spitakda zəlzələdən az sonra müharibənin gedişində, iqtisadi imkanları sıfır səviyyəsində olduğu bir vaxtda qədəm qoymuşdu, lakin ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyi sayəsində heç bir təcrübəsi yox idi. 2000-ci illərdə nisbi sabitləşmə yarandı: indi bahalı maşınlar və Yerevan restoranlarına növbələr kənar müşahidəçini çaşdırmamalıdır. Ermənistanın müstəqilliyi heç vaxt iqtisadi məsələ olmayıb. Bu, salamat qalma məsələsi idi”.

Müəllifin fikrincə, otuz ildən, yəni bütöv bir nəslin həyatına bərabər müddətdən sonra Ermənistan hər şeyi təzədən başlamalı olur. Məqalədə deyilir: “1990-cı illərin əvvəlində müstəqilliyin əsas nailiyyəti hesab edilən amillər boş şey imiş. Birinci Qarabağ müharibəsində qələbədən sonra Ermənistan cəmiyyətini bürümüş snobizm uzun müddət erməni siyasətçilərin belə bir qəribə təsəvvürünə bəraət verirdi ki, təsadüfi hərbi qələbənin nəticələrini Minsk prosesi və ya hər hansı bir başqa danışıqlar çərçivəsində guya təsbit etmək mümkün olacaq, əgər bu baş tutmasa yeni qələbə qazanmaq mümkündür.

“Şuşanı özümüz götürdük, Ağdamı özümüz götürdük, Bakını da özümüz götürəcəyik. Əgər ruslar kömək etmək istəyirlərsə etsinlər, lakin ümumiyyətlə biz onlarsız da keçinərik- diaspor kömək edəcək”.

Onların məntiqi belə idi. Sonra isə müstəqillik elan edənlərin övladları Hadrut yaxınlığında Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının zərbələri altında həlak olur, hətta təhlükənin haradan gəldiyini anlamağa macal tapmırdılar. Gözlənilmədən məlum oldu ki, 1990-cı illərin bütün faciələri və məhrumiyyətləri hədər imiş. Müstəqillik uğrunda mübarizənin məqsədi biabırçı şəkildə unuduldu. Çoxlarının təsəvvüründə bunun təqsirkarı ruslar oldu. O ruslar ki, 30 il ərzində “özümüz bacararıq” deyirdilər”.

Ekspertin fikrincə, diaspora bəslənilən ümid özünü doğrultmadı. Cənubi Qafqazda bir neçə güc nöqtəsi arasında tarazlıq yaratmaq planı da özünü doğrultmadı: tezliklə məlum oldu ki, ABŞ-ın bu regionda xüsusi marağı yoxdur, Fransa başqa məsələlərlə məşğuldur, amma Türkiyə çox təşəbbüskardır.

Müəllif yazır: “O vaxta qədər ermənilərin bütöv bir nəsli təhlükəsizlik duyğusu ilə böyüdü. İqtisadiyyat və ya sosial firavanlıq baxımından yox, - bundan ötrü Rusiyaya gedirdilər, - sözün hərfi mənasında, Qarabağda “müdafiə dəhlizləri” hesabına təhlükəsizlik baxımından. Bu illüziya keçən il 44 gün ərzində puç oldu, Ermənistan üçün ən vacib olan təhlükəsizlik anlayışı əriyib getdi. Düşmən əhatəsində təhlükəsizlik hissi olmayan yerdə isə hər hansı müstəqilliyin bir qara qəpik qədər qiyməti yoxdur.

Bəli, 30 il hədər getdi. İndi öz səhvlərini anlamağın və nəhayət, snobizmdən yaxa qurtarmağın vaxtıdır. Ermənistanın “Qarabağ hər şey deməkdir” şüarına əsaslanan dövlətyaratma mövqeyi dünyada özünün yeri barədə realist təsəvvürlə təmin edilməyib. Lakin bu o demək deyil ki, Ermənistanın gələcəyi yoxdur, sadəcə onu yenidən düşünüb tapmaq lazımdır”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı