Bağdaddan gətirilən azərbaycanlı İŞİD uşaqları: onlar harada saxlanılır? Rəsmilərin açıqlamaları

Siyasət 17:59 28.10.2021

Xəbər verildiyi kimi bu gün - oktyabrın 28-də İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda deyilirdi.

XİN bildirmişdi ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 Azərbaycan vətəndaşının İraqdan repatriasiyası həyata keçirilib. Həmin uşaqlar İŞİD-ə və digər radikal terrorçu qruplara qoşulmaq üçün vaxtilə İraq və Suriyaya getmiş Azərbaycan vətəndaşlarının ailələrində dünyaya gəlib. Bu uşaqların bir çoxu öz valideyinləri ilə birlikdə “xilafətdə” yaşamaq üçün aparılıblar, bir çoxu isə Azərbaycan vətəndaşlarının həmin ölkələrdə qurduqları dini evliliklərdən dünyaya gəliblər. İraq ordusu ölkənin bir hissəsini İŞİD-dən azad etdikdən sonra azərbaycanlılar da daxil olmaqla xarici ölkə vətəndaşları olan qadın və uşaqları Mosulda xüsusi düşərgələrdə yerləşdirmişdi.

Beynəlxalq media İŞİD-in azərbaycanlı gəlinləri və uşaqları barədə dəfələrlə yazıb, belələri isə həm də Suriya ərazisindəki düşərgələrdə saxlanılır. Məsələn, 2019-cu ildə “Amerikanın səsi” Suriyanın İŞİD-dən azad edilən ərazilərindən təxliyyə edilən qadın və uşaqların saxlanıldığı Əl-Hol düşərgəsindəki qeyri-insani şəraitdən bəhs edən reportaj hazırlamışdı. Həmin düşərgədə saxlanılanlardan biri-adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib.  O, həyat yoldaşının Kobanidə öldürülməsindən sonra bu düşərgəyə sığınıb. Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın isə anasının onu qəbul etmək istəmədiyini deyirdi. Həmin düşərgədə reportaj hazırlayan jurnalist iki həftə əvvəl 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü bildirirdi. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Habelə İraq məhkəməsi terror əməlləri törətdiyi üçün azı 2 azərbaycanlı qadının barəsində edam hökmü də çıxarmışdı. İŞİD-in azərbaycanlı gəlinlərinin əksəriyyəti Azərbaycana qayıtmaq istəmirlər və belə görünür ki, repatriasiya əsasən valideyinlərini Suriyada, İraqda  itirmiş uşaqları əhatə edir.

Bəs Azərbaycana gətirilən İŞİD-çi uşaqları harada yerləşdirilir? İŞİD ideologiyasını mənimsəmiş və “şəriət qaydaları” ilə yaşamağı arzu edən valideyinlərin tərbiyəsini almış bu uşaqların reabilitasiyası, dünyəvi təhsilə cəlb edilməsi üçün hansı işlər həyata keçirilir?

EDNews.net xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu virtualaz.org-a bildirib ki, uşaqların Azərbaycana gətirilməsi prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.

Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib. Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır.

Əldə etdiyimiz məlumata görə Azərbaycana gətirilən uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdindəki müəssisələrə yerləşdirilib. virtualaz.org-a məlum olub ki, həmin uşaqlar 3-18 yaşlıları arasındadır. Hazırda onlarla psixoloji iş aparılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Murad Həşimov isə məsələ ilə bağlı hələlik ətraflı danışmayıb,  bildirib ki, tezliklə Azərbaycana gətirilən həmin  uşaqlarla bağlı ətraflı məlumat veriləcək. Onların vəziyyəti və digər məlumatlar açıqlamada əksini tapacaq, ona görə də həmin rəsmi açıqlamanı gözləmək lazımdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə virtualaz.org-a deyib ki, həmin uşaqlar ilkin tibbi və psixoloji müayinədən keçiriliblər. Onlar aidiyyatı dövlət müəssisələrinə yönləndiriliblər.

“Hazırda işlər davam etdirilir, məlumatlar toplanılır. Buna görə də İraqda  nə qədər Azərbaycan vətəndaşının qaldığına dair rəqəmlər təqdim edə bilmirik. Vətəndaşlarımızın geri qaytarılması uzunmüddətli və mərhələli işlərin nəticəsidir”,-Abdullayeva qeyd edib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı