Müharibənin “birinci” və “ikinci”yə ayrılmasını düzgün hesab etmirəm.
EDNews.net xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“1994-2020-ci illərdə müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub. Ermənistan Respublikasının çoxsaylı təxribatları nəticəsində biz (bu dövrdə - red.) minlərlə şəhid verdik. Bu gün də müharibə bitməyib. Ermənistan ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımaqdan imtina edir. Sülh müqaviləsinin imzalanmasına qədər biz müharibə vəziyyətində olacağıq. Hazırda atəşkəs rejimi qüvvədədir”, - politoloq bildirib.
Qeyd edək ki, xalq yazıçısı Ç.Abdullayevin Birinci Qarabağ müharibəsini qəbul etmədiyi barədə açıqlamasından sonra bu barədə müzakirələr gedir.