“Təfərrüatları bilmirəm, normal məlumat verilmir, lakin bir şeyi bilirəm: istənilən “güzgü geri çəkilmə” təklifinə cavab olaraq Azərbaycan tərəfi yeni mövqelər götürməyə çalışacaq”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının keçmiş deputatı Tatevik Hayrapetyan yazıb.
“İstənilən “sülh dövrü açmaq” təklifinə cavab olaraq İlham Əliyev yumruq göstərməyi söz verəcək və Ermənistan ərazilərinə qarşı ambisiyalar təqdim edəcək”, - deyə o bildirib.