“Azərbaycan Respublikasına dəhliz verilə bilməz, rəqib ölkəmiz olan Azərbaycan bu dəhlizi güclə ala bilməz, bu, artıq genişmiqyaslı müharibəyə çevriləcək”.
EDNews.net xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan bildirib.
O, Ermənistan tərəfinin itkilərinə toxunaraq bildirib ki, bu müharibə vəziyyətidir, əlaqə kəsilib, dəqiqləşdirmələr problemi var.
“Mən hazırda hər hansı rəqəm səsləndirə bilmərəm. Hazırda atəşkəsdir. Bu atəşkəs kövrəkdir, döyüş əməliyyatları hər an yenidən başlaya bilər”, - deyə Xaçatryan qeyd edib.