Hücumun dekabrın sonunda-yanvarın əvvəlində başlayacağını təsdiqləyən informasiya sızdırıldı Azərbaycan Ordusunun tətbiq etdiyi ssenari ilə...

Siyasət 12:00 22.11.2021

Qərb dövlətləri ABŞ başda olmaqla Rusiyanın şaxtalar düşəndə Ukraynaya qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlamağa hazırlaşdığı haqda həyacanlı kəşfiyyat məlumatlarını bölüşdükləri bir vaxtda Rusiya informasiya məkanında da bu hücuma hazırlığın əlamətlərini görmək olar.

EDNews.net xəbər verir ki, bir sıra Rusiya mənbələri Ukrayna ordusunun “Azərbaycanın ötən il Qarabağda istifadə etdiyi ssenari əsasında” Donbass üzərinə sürətli hücuma hazırlaşdığı haqda xəbərlər yayıblar.

Qeyd edək ki, Rusiya ictimai rəyini  Ukraynaya qarşı irimiqyaslı hücumu əsaslandırmaq üçün Kiyevi Donbassda təxribatlarda günahlandırmaq xətti davamlı olaraq aparılır. Bu baxımdan Ukraynanın “Azərbaycan ordusunun təcrübəsindən istifadə etməklə hücuma hazırlaşdığı” barədə həmin informasiya sızması da bu məqsədə xidmət edə bilər.

Orada iddia edilir ki, Rusiya Baş qərargahındakı mənbə Kiyevin Donbassı “zəbt etmək” planını açıb. Mənbənin iddiasına görə, Azərbaycanın ötən il Qarabağda istifadə etdiyi hücum ssenarisi əsasında Ukrayna ordusunun Donbass üzərinə sürətli hücuma başlaması təhlükəsi var. Hücumun dekabrın sonlarında-yanvarın əvvəllərində, Yeni il bayramı fonunda başlayacağı iddia edilir. Mənbə iddia edib ki, Ukrayna qoşunlarının qarşısında qoyulmuş vəzifə Donetsk və Luqansk “xalq respublikalarının” dərinliklərində mövqelər tutaraq onları əldə saxlamaq, yerli əhali arasında “təmizləmə” aparmaqdır.

Bundan əvvəl ABŞ kəşfiyyatındakı mənbələr də Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qoşun birləşmələrinin hücuma keçmək üçün şaxtaların başlamasını, hücumun yaxın bir neçə həftə ərzində başlaya biləcəyini açıqlamışdı. ABŞ yaranmış vəziyyətlə bağlı avropalı müttəfiqləri ilə müzakirələr aparır və onları Rusiyaya qarşı birgə tədbirlərə inandırmağa çalışır.

Bu arada Donbassda şiddətli döyüşlərin getdiyi bildirilir. Donetsk vilayətinin separatçıların nəzarətində olan Qorlovka şəhəri istiqamətində şiddətli artilleriya atəşlərinin olduğu xəbər verilir. Yerli sakinlər mərmi və raketlərin uğultusundan yerin titrədiyini deyirlər. Almaniyanın “Bild” nəşrinin regiondakı müxbiri Culian Röpke də öz sosial şəbəkə hesabında Donetskdə ağır döyüşlərin getdiyini yazır. Hər bir neçə saniyədən bir ağır artilleriya zərbə endirir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Hamısı