“İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik”.
EDNews.net-in məlumatına görə, İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
İran Prezidenti bildirib ki, bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır. Onun sözlərinə görə, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir.