Ermənilər Naxçıvana gedən yolu açmaq istəyir... - Tofiq Zülfüqarovdan şərh - ednews.net

20 Yanvar, Cümə axşamı

Ermənilər Naxçıvana gedən yolu açmaq istəyir... - Tofiq Zülfüqarovdan şərh

Siyasət A- A A+

Dünən üç ölkənin – Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin Moskvada görüşünün olacağı xəbəri yayıldı, amma ardınca ətraflı məlumatla rastlaşmadıq. Bu görüş barədə nə demək olar?

“Baş nazirlərin müavinlərinin görüşünün əsas səbəb və məqsədi kommunikasiyaların işlək vəziyyətə salınmasıdır. Söhbət təkcə Zəngəzur dəhlizindən getmir. Çünki müxtəlif istiqamətdə yollar var” deyən Tofiq Zülfüqarov başqa məsələlərə də aydınlıq gətirib.

EDNews.net xəbər verir ki, özəl olaraq Bizim.Media-ya verdiyi cavabda eks xarici işlər naziri Tofiq Zülfüqarov yolların işlək vəziyyətə gəlməsində Ermənistanın da maraqlı olduğunu ifadə edib.

Eyni zamanda, Zəngəzur koridoru ilə bağlı İrəvanın xüsusi mövqeyi var:

“Hesab edirəm ki, burada məsələlər bir-biri ilə əlaqəli şəkildə müzakirə olunacaq. Nəyi nəzərdə tuturam? Təbii ki, Azərbaycanın marağı Zəngəzur dəhlizinin işlək vəziyyətə salınmasıdır. Amma Ermənistan daima istəyir ki, diqqəti Zəngəzurdan digər kommunikasiyalara yönəltsin. Hətta Naxçıvana gedən (qərb hissədən) yolu müvəqqəti olsa da, açsın. Ona görə də vacib bir görüşdür. Məncə, burada məsələlər ilk növbədə həm iqtisadi səpkidən qiymətləndirilməlidir, həm də siyasi mahiyyətini diqqətdə saxlamaq lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...