"Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyə çalışır" Mütəllibov Qazaxıstana erməni qoşunlarının girməsindən danışdı

Siyasət 09:40 07.01.2022

“Öncə çox sayda insan tələfatı ilə nəticələnmiş faciəvi hadisələrlə əlaqədar qardaş qazax türk xalqına başsağlığımı bildirirəm. Bir xalq üçün olduqca ağır bir faciədir. Faktiki olaraq vətəndaş müharibəsi astanasına çatıblar. Bunun da hər bir xalq və dövlət üçün bərpaolunmaz ağır nəticələrə gətirib çıxaracaq faciələrə səbəb olması mümkündür”.

EDNews.net xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında son günlər Qazaxıstanda baş verən hadisələrə münasibət bildirən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib.  

“Təəssüf ki, artıq qan tökülməsi, insan itkisi ilə nəticələnmiş bu proseslərin mexanizminin nədən ibarət olduğunu deməkdə çətinlik çəkirəm. Amma onu qəti şəkildə bildirmək olar ki, Qazaxıstanda hakimiyyət orqanları və sadə insanlar arasında dərin uçurum əmələ gəlib. Bu, xüsusilə mərkəzdən kənar bölgələrdə açıq şəkildə özünü göstərdi.

Ənənəvi olaraq bölgələrdə maarifləndirmə işinin zəif təşkil olunması və yaxud heç aparılmaması, yerli özünüidarəetmə orqanlarının səhlənkarlığı, arxayınçılıq, bütün məsuliyyətin mərkəzin üzərinə atılması, əhalinin maddi cəhətdən zəif hissəsinə həssas yanaşılmaması və sair səbəblər bu tip sosial partlayışlara gətirib çıxarır.

Təbii ki, belə ziddiyyətlər fonunda müəyyən destruktiv qüvvələr hər zaman dövlət və xalq arasında obyektiv və subyektiv səbəblərdən yaranmış hər hansı anlaşılmazlıqlardan öz mənfəətlərinə uyğun yararlanmağa cəhd edirlər. Belə qüvvələr hər zaman hər bir dövlətin daxilində mövcud olub, olacaq da.

Mən istər rəhbərlik etdiyim dövrdə, istərsə də sonrakı dövrlərdə hər zaman problemlərin küçədə silahla, zirehli texnika vasitəsilə deyil, masa arxasında, sivil şəkildə, danışıqlar, müzakirələr yolu ilə həll edilməsinin tərəfdarı olmuşam. Və bu prinsiplərdən bir an olsun belə, uzaqlaşmamışam. Sonradan ötən zaman bu yolun xalqların inkişafı üçün ən optimal yol olduğunu dəfələrlə sübut etdi.

Baxın, görün son zamanlar müsəlman ölkələrində baş verən inqilablar, silahlı toqquşmalar, vətəndaş müharibələri sadə insanlara hansı fiziki, maddi, mənəvi itkilərlə başa gəlir”, - o qeyd edib.

“Ermənistan baş naziri N.Paşinyanın digərlərindən öncə KTMT çərçivəsində Qazaxıstana qoşun göndərməyə hazır olmasını bildirməsi sizdə hansı fikirləri oyatdı?” sualını isə Ayaz Mütəllibov belə cavablandırıb.

“Paşinyanın Qazaxıstana ordu göndərmək məsələsinə ciddi münasibət bildirmək istəmirəm. Yəqin ki, bu məqamda məşhur atalar sözümüz yerinə düşür: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyə çalışır”. Ermənistan ordusunda sərhədləri qorumağa adam tapmaqda çətinlik çəkirlər, amma o boyda Qazaxıstana hərbi köməkdən dəm vururlar. Yəqin ki,  Paşinyan hakimiyyəti bu "jesti" ilə Ermənistanın MDB məkanında itirdiyi mövqeləri bərpa etməyə cəhd edir. Bilirsiniz, Rusiya olan yerdə heç kim Paşinyanın bu addımını ciddi qəbul etməz.

Mediadan aldığım məlumatlara görə, artıq Rusiya KTMT çərçivəsində Qazaxıstanda qarşıdurmanın dayandırılması üçün müəyyən addımlar atmağa hazırlaşır. Bu, təbiidir, çünki ruslar və qazaxlar tarixi qonşu, dost dövlətlərdir və qarşılıqlı maraqları olan xalqlardır. Üstəgəl, Qazaxıstanda rus xalqının kifayət qədər nümayəndələri yaşayır. Bu baxımdan Rusiya ilk növbədə bir böyük qonşu dövlət kimi Qazaxıstanda stabilliyin bərpasında maraqlı olan tərəfdir” - eks-prezident belə deyib.

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
Hamısı