Pənah Hüseyn 20 yanvar gecəsində harada idi? Özü açıqladı - Özəl müsahibə

Siyasət 11:30 20.01.2022

“Azərbaycan xalqı tariximizin qanlı səhifələrdən biri olan 20 Yanvar faciəsini anmağa hazırlaşır”.

Azərbaycan xalq hərəkatının fəal üzvlərindən və Azərbaycan Xalq Cəbhəsinin təsisçilərdən biri olan Pənah Hüseyn EDNews-a 20 Yanvarda yaşadıqları və bu faciəyəyə aparan siyasi proseslər barədə fikirlərini bölüşüb. Pənah Hüseyn 1990-cı ilin yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini Azərbaycana təcavüz kimi qiymətləndirib.

“Qanlı Yanvar xalqın tarixində unudulmaz bir hadisədir. Mərkəzi qüvvələr tərəfindən Bakıya ordunun yeridilməsini Azərbaycanın işğalı kimi dəyərləndirmək lazımdır. Həmin gecə sovet ordusu xalqımıza amansızca divan tutdu. Dinc əhalini gülləbaran etdi. İnsanlıq əlehinə ağır cinayət törədildi. Bunu heç vaxt unutmaq olmaz”.

Pənah Hüseyn həmin gecə partiya qərargahında olduğunu bildirib; “O qanlı gecədə biz Azərbaycan Xalq Cəbhəsinin qərargahında idik. Qanlı gecə baş verəndən sonra bir sıra nümayişlərin və aksiyaların təşkil olunmasında iştirak etdik və sonrakı günlərdə də qərargahda qalırdıq”.

Yanvar ayın əvvəlində baş vermiş “erməni qırğınları”na toxunan P.Hüseyn SSRİ- nin xüsusi xidmət orqanlarının Bakıda məqsədyönlü təxribatlar törətdiyini qeyd edib.

“Bu məsələlər barədə tarixçilər daxil olmaqla, Azərbaycan SSRİ Ali Sovetinin və məhkəmələrin araşdırmaları olub. Xeyli material toplanılıb. Aparılan araşdırmalara görə, Bakıda provokasiya xarakterli hadisələr SSRİ-nin xüsusi və hərbi xidmət orqanları tərəfindən törədilib. Bunu keçmiş kommunist hökumətinin nümayindələri də təsdiq ediblər. 20 yanvar öncəsi Bakıda törədilən təxribatlar Sovet KGB-i tərəfindən planlaşdırılıb”.

P. Hüseynov 20 Yanvar faciəsindən sonra Azərbaycanda baş vermiş siyasi proseslərə də toxunub.

“Yanvar qırğınından sonra Azərbaycanda bir sıra önəmli hadisələr baş verdi. İlk öncə Ali Sovetdə sovet qoşunlarının Azərbaycanı tərk etmədiyi halda Azərbaycanın SSRİ-dən çıxacağı haqda bəyanat qaldırıldı. Bununla bərabər, meydanlarda 100 minlərlə insan dinc şəkildə nümayişlər və aksiyalar keçirdi. Azərbaycan Xalq Cəbhəsinin nümayindələri, Kommunist partiyasının bəzi rəhbər şəxsləri, Allahşükür Paşazadə də qırğınla bağlı bəyanatlar verdilər. 100 mindən çox vətəndaş Kommunist partiyasının üzvlüyündən imtina etdi. Bütün bunların nəticəsində Azərbaycanda milli müqavimət hərəkatı daha da gücləndi”.

Sonda siyasi xadim 20 Yanvar faciəsinin təkcə Azərbaycanda yox, həmçinin digər müttəfiq respublikalarda gedən siyasi proseslərə də təsir etdiyini bildirib.

“Qanlı Yanvar faciəsi bütövlükdə Azərbaycanın tarixi çərçivəsindən kənara çıxır. Bu ümumdünya tarixinə təsir göstərən bir hadisədir. Yanvar hadisəsi təkcə Azərbaycanın yox, həmçinin SSRİ-yə daxil olan bəzi respublikaların müstəqilliyinə təsirini göstərdi. Doğrudur, insanlarımız həlak oldu və yaralandı. Lakin bu hadisə Azərbaycanın istiqlaliyyət tarixinin önəmli səhifələrdən birinə çevrildi. Hesab eləyirəm ki, 20 Yanvar faciəsi dünya miqyasında insalıq əleyhinə törədilən qanlı hadisələrdə xüsusi yer tutur”.

Qeyd edək ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərində Sovet ordusunun əsgərləri və zirehli texnikaları dinc nümayişçilərə və sakinlərə divan tutaraq böyük qətliam törədib.

Yunis Abdullayev

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
Hamısı