Ermənistanın iki gün əvvəl istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.
Ednews-in Report-s istinadən verdiyi məlumata görə, Sarkisyanın vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.
Xüsusilə, Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin - Sent Kitts və Nevisin vətəndaşı olub.
Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması barədə suala cavab vermək əvəzinə sübut təqdim etməyi təklif edib.
O, xüsusən uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi-red) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.
Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə göstəriş verib.