Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir - FOTOLAR - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir - FOTOLAR

Siyasət A- A A+

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir.

Ednews xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Təlimlərin sərt relyef və hava şəraitində keçirildiyi vurğulanıb.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...