"Məhəmməd Əmin Rəsulzadənin irsi qorunmalıdırmı?" Millət vəkillərindən AÇIQLAMA

Siyasət 18:21 31.01.2022

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür.

Hər bir azərbaycanlı Cümhuriyyət qurucusunun doğum gününü əlamətdar tarix kimi qeyd edir.

Millət vəkili Sabir Rüstəmxanlı bu günlə əlaqədar Ednews-a danışıb.

“Bu gün əslində Rəsulzadə bayramıdır. Bunu həm Azərbaycan, həm də Türkiyə mətbuatı geniş qeyd edir. Rəsulzadə təkcə Azərbaycan üçün deyil, həm də dövrün Türk dünyası üçün nadir şəxsiyyətlərdən biridir. Bizim ölkənin bəxtinə doğmuş bir insandır. Tariximizin ən böyük simalarındandır. Rəsulzadə və onun sayca çox olmayan dostları 20-ci yüzilliyin əvvəlində Azərbaycanı müsəlman cəhalətindən qoparıb Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Məhəmmməd Ağa Şaxtaxtının, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əhməd bəy Ağaoğlunun ədəbiyyatda və mətbuatda başladığı yolu siyasi müstəviyə daşıdı və o, yaxın silahdaşlarının köməyilə şərqdə ilk müstəqil dövlətin qurulmasına nail oldu. 1917-ci ildə Rusiya müharibədə məlub olduqdan sonra mərkəzdən qaçma, parçalanma dövrü başlamış, Qafqaz Seymi yaradılmışdı. Lakin Qafqaz Seymində erməni və gürcü deputatların Türkiyəyə münasibətləri Azərbaycan deputatların münasibətindən fərqli idi. Buna görə bir arada çalışa bilmədilər. Qafqaz Seymi dağıldı və Azərbaycan öz müstəqilliyini elan etdi. Ona görə də Rəsulzadənin həyatı son dərəcə mürəkkəb, son dərəcə zəngin və şərəflidir”.

S. Rüstəmxanlının sözlərinə görə hazırda Rəsulzadənin əsərləri Türkiyədə araşdırılır və çap olunur.

“Yaxın dostum, professor, Azərbaycan və Türk dünyası ədəbiyyatları üzrə görkəmli mütəxəssis Əli Yavuz Akpınar onun daha çox Türkiyədə əldə olan əsərlərini yığıb çap edir. Azərbaycanda bu işi Şirməmməd Hüseynov başlamışdı. Mən hələ 1989-cu ildə Azərbaycan qəzetini yaradanda Ş. Hüseynov Rəsulzadə ilə bağlı yazıları gətirirdi. Onun əsərlərinin çoxcildli nəşrinə başlanıldı. Təəssüf ki, ömür bu işi tamamlamağa imkan vermədi. Çünki Rəsulzadənin əsərlərinin sayı çoxdu və o vaxtın bütün qəzet və mətbuatına dağılıb. Bakıdan Stalinin dəvətilə Moskvaya gedəndə, orada yazıb, Moskvadan Finlandiyaya, oradan Polşaya və Almaniyaya mühacirət edəndə də yerli mətbuatda Azərbaycanın taleyilə bağlı yazıb. Sonra Türkiyəyə gəlib və yenidən Avropaya qayıdıb. Bütün bu müddət ərzində Rəsulzadə mübarizəsindən ayrılmayıb. 50-ci illərin ortalarında Türkiyədə "Azərbaycan  Kültür Dərnəyi"ni yaradıb, "Azərbaycan" dərgisini açıb, Türkiyənin mətbuat orqanlarında çıxış edib. Bunların hamısını yığıb çap etdirmək böyük işdir və vaxt tələb edir. İndi bizim gənc və istedadlı alimlərimizdən Nəsiman Yaqublu bu işi davam etdirir. O, bir neçə cildi nəşr etdirib yəqin ki, o işi başa çatdıracaq. Bu, bir-iki ilin işi deyil".

S. Rüstəmxanlı qeyd edib ki, Rəsulzadə və ümumiyyətlə mühacirət həyatı yaşamış şəxsiyyətlərimizin irsinin öyrənilməsində ictimai-xadim və diplomat Ramiz Abutalıbovun böyük rolu olub.

“R. Abutalıbov həmin dövr mühacir ədəbiyyatımızın, eləcə də Azərbaycandan Fransaya getmiş ziyalılarımızın bəzilərinin arxivlərinin Bakıya gətirilməsi, onların açılması, arxivlərin təsvirinin verilməsi işini görüb. Ümumiyyətlə bizim müstəqil dövlətin qurucularının irsinin öyrənilməsi üçün Ədəbiyyat İnstitutunda və ya Tarix İnstitutunda şöbə yaradılaraq Rəsulzadə və onun yaxın silahdaşlarının əsərləri bir yerdə çap oluna bilər. Əlimərdan bəy Topçubaşovun çox zəngin irsi var. Onun barədə rusca Həsən Həsənov kitab nəşr etdirib, amma hələ Azərbaycan dilində çap edilməyib. Əhməd bəy Ağaoğlunun irsini öyrənib çap etdirmək olar".

Millət vəkilinin sözlərinə görə bir vaxt adının çəkilməsi belə qadağan olunan Məhəmməd Əmin Rəsulzadə bu gün istənilən şəkildə öyrənilir, sərbəst şəkildə çap olunur və bu iş davam edəcək.

"O vaxt Xəlil Rzanın Evi ilə Sabir Kitabxanası arasında köhnə binaların birində Rəsulzadənin evi olub. Sonra ailəsi sürgün olundu, uşaqları didərgin düşdü. Ailəsinin başına çox böyük müsibətlər gəlib. Sonra Azərbaycanın müstəlillik ərəfəsində ya ilk illərində oğlu Azər Qazaxıstandan qayıtdı. Biz hamımız gözləyirdik ki, Ev muzeyi açılacaq. Məlum oldu ki, Rəsulzadədən sonra onun evi bir erməniyə verilib, indi şübhəsiz erməni yoxdu orada və ev kiminsə adına keçirilib. Yaşadığı evin Rəsulzadənin adına muzey olması bir problemə döndü. Ya ev bərpa olunub belə bir muzey açılacaq, bu olmasa da Azərbaycan hökumətinin o dövrün üslubuna uyğun ayrıca bir bina tikmək imkanı var. Bura həm Ev muzeyi, həm fəaliyyət muzeyi olar, eləcə də silahdaşlarının xatirələri yer alar. Bizdə zəngin bir İstiqlal Muzeyi var, amma hər halda Rəsulzadənin də muzeyi təxminən o səviyyədə bir muzey ola bilər”.

Millət vəkili Etibar Əliyev, paytaxtda M.Ə. Rəsulzadənin Ev muzeyinin açılması ilə bağlı saytımıza danışarkən qeyd etdi ki, bunun üçün onun şəxsiyyətinə və irsinə uyğun görkəmli məkan seçilməlidir.

“Bu barədə deputatlar, ictimaiyyət nümayəndələri, M.Ə. Rəsulzadə irsinin tədqiqatçıları məsələ qaldırıblar. Düşünürəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapmalıdır”.

E. Əliyev bildirib ki, Rəsulzadənin irsi, eyni zamanda onun əsərləri və siyasi fəaliyyəti Azərbaycanda Şirməmməd Hüseynov, Nəsiman Yaqublu kimi naşirlər tərəfindən çox geniş şəkildə çap olunub.  Ən fundamental əsərin müəllifi isə rəhmətlik Aydın Balayev olub.

M.Ə.Rəsulzadənin adına, fəaliyyətinə  uyğun olaraq Cumhuriyyət qurucusu kimi dərsliklərdə, ali məktəb dərsliklərində tədrisinə olduqca ciddi diqqət yetirilməlidir.

“Düşünürəm ki, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə. Rəsulzadənin irsi yuxarı sinif şagirdlərinə, eyni zamanda tələbələrə elmi əsaslarla öyrədilməlidir. Onların publisistikası, oçerkləri çox dərin şəkildə tələbələrə çatdırılmalıdır. M.Ə. Rəsulzadə və digər Cumhuriyyət qurucularının təbliğatı, əbədi olaraq yaddaşlara həkk olunması və xatırlanması həm də dövlət səviyyəsində diqqət mərkəzindədir”.  

Gülnar Səlimova

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Hamısı