“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq”.
Ednews xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.