Müharibədən sonra imzalanan atəşkəs razılaşması çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və rus əsgərləri birlikdə çalışır.
Ednews-in xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsin davamlı olması və sabitlik üçün səy göstərir.
Diqqətə çatdırılıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernizasiyasına dəstəyi davam etdirir.