Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın çempionluq mükafatları XXXVI turun oyunundan sonra təqdim olunacaq.
Ednews report.az-a istinadən xəbər verir ki, təltifetmə mərasimi "Azərsun Arena"da baş tutacaq.
Cari mövsümün son turu çərçivəsində "Araz Naxçıvan"la üz-üzə gələcək "köhlən atlar" matç sonrası qızıl medal və kubokla mükafatlandırlacaq.
Görüşün protokolunda ev sahibi Naxçıvan təmsilçisi göstərilsə də, qarşılaşma Ağdam təmsilçisinin stadionunda keçiriləcək.
Qeyd edək ki, "Araz Naxçıvan" - "Qarabağ" görüşü mayın 26-sı oynanılacaq.