“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunun layihəsi ikinci oxunuşda qəbul olunub.
Ednews xəbər verir ki, məsələ ilə bağlı çıxış edən Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib:
"Bələdiyyələri təşkil edərkən, birləşdirərkən, ayırarkən, ləğv edərkən yaranan sosial, iqtisadi vəziyyət, tarixi şəraitlə bağlı yerli əhalinin mövqeyi nəzərə alınacaq. Bələdiyyələr haqqında 1999-cu ildə qanun qəbul olunub. Yeni qanunu da həmin qanunun müzakirəyə çıxarıldığı tərzdə müzakirə edə bilərik".
Deputat həmçinin qeyd edib ki, böyük şəhər bələdiyyəsi və s. məsələlər bu qanuna dəyişiklik zamanı nəzərə alına bilər: “Ümumilikdə, biz hazırda Bələdiyyə Məcəlləsinin yaradılması ilə məşğuluq. Bu məcəllə hazırlananda irəli sürülən təkliflər də nəzərə alına bilər”.
Vüsalə Balayeva