“Elektron siqaretlərə nəzarət mexanizmi qurulmalıdır”.
Ednews xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib. Deputat bildirib ki, həmin bu elektron siqaretlərdə əlavə qida əlavələri olduğu üçün buna mütləq nəzarət olunmalıdır.
“Hesab edirəm ki, bu məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir. Çünki elektron siqaretlərin də içərisində qida əlavələri var”,-deyə deputat qeyd edib.
Vüsalə Balayeva