"Zəngəzur dəhlizi üç müsəlman dövlətini birləşdirəcək" Deputatdan İranla imzalanan memorandumla bağlı PAYLAŞIM

Siyasət 12:48 12.03.2022

"Araz çayı üzərində yeni 4 körpü tikiləcək" -, xəbəri təkcə gündəmi dəyişmədi, regionun həyatını dəyişəcək hadisələrin başlanğıcı oldu. İllərlə Babəkin kəsik qolları kimi yarası sızıldayan Xudafərinə baxıb Araz çayına ayrılıq nəğmələri oxumaq zorunda qalan bizlər indi Araz üzərindən dostluq, dardaşlıq körpülərinin açılmasının şahidləri və iştirakçıları kimi xoşbəxtik".

 
Ednews xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev İranla Azərbaycan arasında imzalanan anlaşma memorandumu haqqında fikir bildirərkən qeyd edib. Deputat Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən "Ümid körpüsü"ndən də söz açıb.
 
"1992-ci ilin mayında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində tikilən "Ümid körpüsü" o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi. 30 il sonra isə cənab Prezident İlham Əliyevin səyləri ilə reallaşan Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol - kommunikasiya qovşağının qurulması Naxçıvanı materik Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu müsəlman dövləti - Azərbaycan, İran və Türkiyə arasında birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir".
 
Musa Urud həmçinin qeyd edib ki, Azərbaycan hökuməti ilə İran hökuməti arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir.
 
"Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir.
 
Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 formatında əməkdaşlıq platforması bölgəmizdə yeni siyasi-iqtisadi mənzərə yaradan uğurlu layihə kimi əhəmiyyətlidir. Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin və müqavilələrin böyük əhəmiyyəti vardır".
 
Deputat 2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Moskvada bağlanmış müttəfiqlik səviyyəsində əməkdaşlıq Müqaviləsinin ardınca 11 mart 2022- ci il tarixində Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında sazişin bölgəyə yeni perspektivlərin bəxş edəcəyini də vurğulayıb.
 
"Cənab İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaq".
 
M.Quliyev paylaşımında həmçinin, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan-Mehri-Ordubad yolunun və kommunikasiya xəttinin açılmasının il yarımdır ki, ləngitdiyindən də söz açıb.
 
"Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Lakin bu uğursuz addımdır.  Ölkədə unudurlar ki, kommunikasiyaların açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020- ci il tarixli üç tərəfli bəyanatda öz əksini tapıb və Ermənistan göyə də çıxsa, yerə də girsə bu layihə gec- tez reallaşacaqdır. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda biz Ermənistanı buna məcbur edəcəyik.
 
İstənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, loqistik dalana düşmüş bir durumu göz önündədir.
 
Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzir dəhlizi- Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan- Mehri- Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi reallığı ilə barışmaq zorundadır.
 
Cənub Zəngəzur Dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri əlaqəsinin yaranmasını təmin etməklə yanaşı, Azərbayacan, İran və Türkiyənin dövlət maraqlarının daha sıx inteqrasiya olunmasına xidmət edəcəkdir.
 
Bu həm də, bölgənin 3 müsəlman dövlətinin həyatında yeni mərhələnin başlanması deməkdir.
 
Zəngilanın Ağbənd qəsəbəsindən körpülər vasitəsi ilə İran ərazisinə keçən yeni kommunikasiya xətti Ermənistanın dövlət sərhədinə 5 km məsafədən olmaqla təxminən 55 km İran ərazisindən keçərək Ordubada daxil olacaqdır. Yaxın gələcəkdə qardaş Türkiyə də "Ümid Körpüsü" üzərində Qars-Naxçıvan dəmir yolu tikərək Zəngəzur dəhlizinə qoşula biləcəkdir".
 
Siyasi xadim bu sazişin həm də, Ermənistanı yenidən düşünməyə, 10 noyabr üç tərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına süni maneələrin aradan qalxmasına təkan verəcəyini də bildirib.
 
"Ağbənd-Mehri-Ordubad dəhlizinin- biz bu yola Şimal Zəngəzur Dəhlizi deyə bilərik, eləcə də Laçın-Sisyan-Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaqdır.
 
Bu dəhlizlər vasitəsi ilə gələcəkdə gündoğan Asiyadan günbatan Avropaya (və əksinə) yük və sərnişin daşınması, eləcə də qaz və neft boru xətləri çəkməklə Azərbaycan, İran, Türkmənistan, Qazaxstanın karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə nəqli, turizm imkanlarının və mədəni əlaqələrin genişlınməsi mümkün olacaqdır".
 
Musa Urud postunda Araz çayı üzərindəki 5 körpüdən qatarlarda, avtobuslarda, fərdi minik maşınlarında milyonlarla insan Azərbaycanın, İranın və Türkiyənin müxtəlif bölgəlırinə səfərlər edəcəkləri barədə də qeydlər edib.
"Hər sərnişin bu körpülərdən keçəndə Araz çayına bir gül atarsa, doğrudan da Araz dəstə- dəstə gül ilə axa biləcəkdir!
 
...Çox zaman siyasəti şahmata bənzədirlər. Bəlkə də ona görə ki, şahmat digər oyunlardan daha çox intellektual potensial, ağıl, çeviklik, uzaqgörənlik, ən əsası isə, iradə və psixoloji möhkəmlik tələb edir.
 
Şahmatda və siyasətdə səhv etdin, uduzacaqsan.
 
Ən az səhv edən müdriklərdir.
 
Siyasətdə digər güclərdən və alətlərdən daha çox müdriklik qalib gəlir.
 
Şahmatda mahir və müdrik oyunçu birinci , yaxud ikinci gedişlə başlamasından asılı olmayaraq qalib gəlir...
 
Eynən siyasətdə olduğu kimi....
 
Cənab İlham Əliyev artıq neçənci illərdir ki, bölgədə və dünyada siyasi gedişini edir və qalib gəlir!
 
Mahir siyasətçi üçün də fərqi yoxdur, ağ və qara fiqurlarla gediş etməyin!
 
Şahmat taxtası 64 xanadan ibarətdir, bu xanalar üzərində 32 fiqurun mübarizəsi gedir, milyonlarla kombinasiyalar oynanılır...
 
Gör dünya taxtası nə boydadır, nə qədər oyunçusu var bu taxtanın, hələ fiqurlarının sayını demirəm...
 
Hər qələbə ədalətli sayılmaz...
 
Yalnız güclü və ədalətli olan əbədi qalibdir!
 
İlham Əliyev təkcə qalib gəlmir, həm də qrossmeyster dərsləri verir!!!"

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Hamısı