Ermənistan Azərbaycanın təqdim etdiyi təkliflərə cavab verib.
Ednews xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
“BMT Nizamnaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib. ”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər verib. Sənəd beş bənddən ibarətdir.