Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Ednews xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Kubanın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Kuba arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.