Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclası başlayıb.
Ednews report-a istinadən xəbər verir ki, tədbirdə türkdilli ölkələrin mədəniyyət nazirləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təşkilatın Baş katibi Düsen Kaseinov da iştirak edirlər.