Paşinyan ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə cavab verdi - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Paşinyan ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə cavab verdi

Siyasət A- A A+
Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycanın sülh sazişinin bağlanması ilə bağlı beş bəndlik təklifinə cavab verib.
 
Ednews xəbər verir ki, bu fikirləri cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
 
“Martın 10-da Azərbaycan Ermənistana beş bəndlik təklif təqdim etdi, martın 14-də biz Minsk Qrupu vasitəsilə onlara yazılı cavab verdik”, deyə o, qeyd edib.
 
Paşinyan aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini də bəyan edib. 
 
"Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüm nəzərdə tutulub. Ümid edirəm ki, bu görüşdə Azərbaycan prezidenti ilə müzakirələr aparıb, sülh sazişi ilə bağlı danışıqların başlanmasını razılaşdıracam”, - Paşinyan bildirib.
 
5 bəndin məzmununu isə bir daha xatırladırıq:
 
▪️ suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması;
 
▪️ indi və gələcəkdə dövlətlərin bir-birinə ərazi iddialarının olmamasını qarşılıqlı şəkildə təsdiq etmək;
 
▪️ dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
 
▪️ dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
 
▪️ nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...