Estoniyadakı səfirliyimizin təşəbbüsü ilə 2022-ci ildə Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ölkənin Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları çap edilib.
Ednews AzərTac-a istinadən xəbər verir ki, üzərində “30 aastat Diplomaatiliste suhete sõlmimisest” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.