Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiqləndi - Baş Nazirdən sərəncam - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiqləndi - Baş Nazirdən sərəncam

Siyasət A- A A+
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib.
 
Ednews xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Bu qərar dərc edildiyi gündən 1 il sonra qüvvəyə minəcək.
 
Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.6-cı maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi  sahibkarlar üçün işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...