“Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb. Oraya da polislərin əhatəsində gəlib.
Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır”.
Ednews xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. O, qeyd edib ki, bu aktın özü də bir terror haidsəsidir.
“Bu terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm”.
Deputat həmçinin vurğulayib ki, İsveçdə bu hərəkətə söz azadlığı nümunəsi kimi baxırlar, lakin bu heç də belə deyil.
“İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkədir. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Bu söz azadlığı deyil, əksinə yeni münaqişə ocaqları yaratmaqdır. Indi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını psiləməyə çağırıram”.
Vüsalə Balayeva