NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, britaniyalı vitse-admiral Keyt Blount Qara dənizlə bağlı açıqlama yayıb.
O bildirib ki, Şimali Atlantika Alyansı uzun müddət Qara dənizdən kənarda qalmağı planlaşdırmır.
Lakin bir müddət əvvəl Türkiyənin Müdafiə naziri Hulusi Akar NATO-nun Qara dənizdə olması, onların gəmilərinin bu sularda hərəkəti regionda gərginliyi artıra bilər.
Məsələ ilə bağlı Ağ partiyasının sədr müavini, politoloq Əhəd Məmmədli Ednews-a açıqlaması zamanı bildirib ki, NATO-nun hərbi qüvvələrinin Qara dənizdə olması qeyri-adi hal deyil:
“Bildiyimiz kimi Qara dənizdə NATO-nun hərbi qüvvələri var. Türkiyə, Ruminya, Bolqarıstan kimi NATO üzvlərinin vasitəsilə orada hərbçilər fəaliyyət göstərir”.
Lakin...
Siyasi analitik qeyd edib ki, burada başqa bir nüans daha var.
“Əgər ABŞ, Böyük Britaniya kimi Şimali Atlantika Alyansı ölkələrinin hərbçiləri Qara dənizdə peyda olarsa, o zaman vəziyyət gərginləşə bilər. Buna səbəb isə Ukrayna-Rusiya müharibəsidir. Hulusi Akar da bununla bağlı təsadüfi fikir səsləndirməyib”.
Xanlar Əlibəy