Azərbaycana səfər edən Litva prezidentinin rəsmi qarşılanma mərasimi oldu - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Azərbaycana səfər edən Litva prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Siyasət A- A A+
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.
 
Ednews xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib.
 
Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.
 
Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.
 
Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...