Milli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub.
Ednews xəbər verir ki, parlamentin sonuncu plenar toplantısı mayın 31-də keçiriləcək. İclasın gündəliyi barədə əlavə məlumat veriləcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Daha sonra isə parlamentin növbədənkənar sessiyası keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün imzatoplama keçirilir.