“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada baş tutacaq”.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü 24 may 2022-ci il tarixində keçirilib.