Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında telefon danışığı oldu - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında telefon danışığı oldu

Siyasət A- A A+
25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub. 
 
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Ednews-a verilən xəbərə görə, nazirlər, iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. 
 
Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib. 
 
Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. 
 
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...