“Rusiyanın strateji məqsədi Cənubi Qafqazı stabil və çiçəklənmə zonasına çevirmək, bu prosesə kömək etməkdir”.
Ednews xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 22-də Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin son görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu prosesdə əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin kompleks normallaşması, möhkəm sülhün qurulmasıdır.