Milli Məclis hərbçilərin sığortası ilə bağlı qanuna dəyişiklik edildi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Milli Məclis hərbçilərin sığortası ilə bağlı qanuna dəyişiklik edildi

Siyasət A- A A+
Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir.
 
Ednews xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
 
Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunun isə kağız daşıyıcılar vasitəsilə aparılması, elektron informasiya sistemində əks olunmayan məlumatların sosial sığorta ödəmələrində nəzərə alınması üçün sığortaçı tərəfindən sığortaolunandan müvafiq məlumatları kağız daşıyıcılarda tələb edilməsi təklif olunur.
 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...