“Doğulduğumuz yerlər kimi, buralar da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin vətənidir, yurdudur”.
Ednews xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
“Türk millətinin qəlbindəki Azərbaycan sevdasını kim söküb ata bilər? Qardaşlar arasına kim məsafə qoya bilər. İki qardaşı hansı hüdud ayıra bilər? Qəlblərimiz arasına kim səhəd çəkə bilər?”, - deyə Türkiyə lideri əlavə edib.