"Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərinin inkişafı bölgəyə mühüm töhfə verəcək".
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.
“Energetika və enerji infrastrukturu sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni əlaqələrin açılması bölgəmizə müsbət təsir edəcək. Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması prosesini dəstəkləyirik. Bu kontekstdə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında açılacaq Zəngəzur dəhlizinin açılmasını gözləyirik.Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər", - XİN başçısı qeyd edib.