“2022-ci ilin təsdiq olunmuş büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi xərcləri 25% artırılıb. Hesab edirəm ki, bu kifayət qədər əhəmiyyətli bir artımdır”.
Ednews xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
Qeyd edək ki, parlamentin əvvəlki iclasına millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin həcminin artırılması ilə bağlı maliyyə nazirinə sual ünvanlamışdı.