“Xarici şirkətlər də bu çirkləndirmədə iştirak ediblər. Bununla bağlı da aidiyyəti beynəlxalq təşkilatlara müraciət etdik, amma hələ bir xəbər yoxdur. Su ehtiyatlarımızın 20 faizi işğaldan azad olunmuş ərazilərdədir”.
Ednews xəbər verir ki, bunu Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı bu gün Zəngilanın Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan Ermənistanın su ehtiyatlarını çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Həbib Mikayıllı su infrastrukturunun bərpası ilə bağlı fəaliyyətlərin davam etdirildiyini bildirib:
"Bununla bağlı hesabatlar hazırlanır. Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin qorunması üzrə proqramı işğal dövründə vurulan ekoloji zərərin aradan qaldırılmasında öz töhfəsini verəcək”.