"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik" - Mövlud Çavuşoğlu - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik" - Mövlud Çavuşoğlu

Siyasət A- A A+
"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik".
 
Ednews xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, indiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib: "Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər. Etimad yaradan bəzi addımlar atılıb. Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistana təzyiqdir”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...