Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub - Ceyhun Bayramov - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub - Ceyhun Bayramov

Siyasət A- A A+

44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları Azərbaycan Ordusunun şücaəti ilə azad olunub. Bu, Azərbaycan tarixin ən şanlı səhifələrindən biridir. 

Ednews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib. 

Nazirin sözlərinə görə, postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün böyük imkanlar açır:

“Azərbaycan sülh gündəliyini gündəmə gətirib. Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...