Biz bütün qarabağlılar və azərbaycanlılar Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında Sabir Rüstəmxanlı bildirib.
"Qarabağ dünyanın diqqət mərkəzində yerləşir. Bu yerləri gəzib görürük ki, 30 il Minks qrupu Qarabağa gəlib nəyi görüblər. Hesab edirəm ki, MİNSK qrupu Azərbaycan torpaqlarının dağıdılmasının, abidələrimizin talan edilməsinim şahidi olublar. Ermənilərin xalqımıza qarşı törətdikləri separatçılıqları MİNSK qrupunun gözü qabağında olub. Minks qrupu cinayəti görüb və susub.Biz bütün qarabağlılar və azərbaycanlılar Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik.