“Ermənistanın məqsədi Azərbaycanlı müharibəyə başladıb, KTMT-ni münaqişəyə cəlb etməkdir? Axı onlar tarixin acı təcrübəsindən bunun fayda gətirməyəcəyini bilirlər”
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.
Deputat qeyd edib ki, Ermənistan nəticəsini bilə-bilə Azərbaycanla yeni müharibəyə hazırlaşırlar.
“Əgər ermənilər Göyçəni özlərinə yurd yerləri bilirlərsə, nəyə görə Qarabağda olduğu kimi, oradakı kəndlərimizin də altını üstünə çeviriblər? Bu da onu göstərir ki, onlar regionu birdəfəlik tərk etmək istəyirlər. Ona görə tərk etmək istəyirlər ki, müstəqillik əldə etmələrindən 30 il keçməsinə baxmayaraq, normal dövlət qura bilməyiblər”, - deyə Sahib Alıyev əlavə edib.