Bolqarıstan kralı I Ferdinandın cənazəsi bir ay ərzində Bolqarıstana qaytarılacaq.
Ednews odatv-ə istinadən xəbər verir ki, Bolqarıstanın əhəmiyyətli qəzetlərindən olan Seqanın internet saytında yer alan xəbərə görə, Kral I Ferdinandın cənazəsi bir ay ərzində Bolqarıstana qaytarılacaq.
Onun məzarı 1948-ci ildə vəfat etdiyi doğma Koburq şəhərində (Almaniya) Müqəddəs Avqustin Katolik Kilsəsinin məbədində yerləşir. Həmin vaxt Bolqarıstanda monarxiya rejimi sona çatdığından və onun yerinə kommunist rejimi keçdiyindən onun cənazəsinin Bolqarıstana köçürülməsi və orada dəfn edilməsi mümkün olmayıb.
İndi mümkün olan bu vəziyyətdən sonra keçmiş hökmdarın qalıqları Bolqarıstana gələcək və Varna sarayındakı kral qəbiristanlığına köçürüləcək.
Xəyal Ramiz