Bakıda Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin iclası keçirilir.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak edirlər.